Fizika fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib

20/12/2019

Fizika fakültəsi Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. Dekan, professor Məhəmmədəli Ramazanov gündəliyə 2019-cu ildə həyata keçirilmiş elmi-tədqiqat işlərinin hesabatının və cari məsələlərin daxil edildiyini bildirib. Qeyd edib ki, hesabat ilində fakültədə Respublika və beynəlxalq qrant layihələri üzrə işlər həyata keçirilib. Qrant layihələri hesabına fakültənin bəzi əməkdaşları dünyanın tanınmış elmi mərkəzlərində və universitetlərində tədqiqat işləri aparıblar. Hesabat ilində 2 yeni qrant layihəsi hazırlanaraq ekspertizaya təqdim edilib. Bundan əlavə, AMEA-nın hesabatına daxil etmək üçün 15 elmi nəticə təqdim edilib. Hesabatdan məlum olub ki, fakültədə 1 beynəlxalq, 1 Respublika elmi konfransı keçirilib, 189 məqalə (o cümlədən Respublika jurnallarında 69, “D” kateqoriyalı (digər agentliklər tərəfindən indekslənən) jurnallarda 23, “Clarivate Analytics” şirkətinin “Web of Science” bazasına daxil olan jurnallarda 104 məqalə (o cümlədən, “A” kateqoriyalı jurnallarda 11, “B” kateqoriyalı jurnallarda 10, “C” kateqoriyalı jurnallarda 83 məqalə) çap olunub.  Təqdimatda “Web of Science” bazasında Respublika ali təhsil müəssisələri, Bakı Dövlət Universiteti və Fizika fakültəsi üzrə son 3 ildə çap olunmuş məqalələrin müqayisəli analizi göstərilib. Məlum olub ki, bu bazaya görə universitet elmi məhsulunun 32%-i Fizika fakültəsinin payına düşür. M.Ramazanov Fizika fakültəsində “Journal of Low Dimensional Systems” adlı beynəlxalq jurnalın çap edildiyini, ayda 2 dəfə magistrantların, 1 dəfə professor-müəllim heyətinin elmi seminarının keçirildiyini diqqətə çatdırıb. Fakültədə Tələbə Elmi Cəmiyyətinin aktiv fəaliyyətinə toxunan M.Ramazanov bu qurumun təşəbbüsü ilə artıq 3-cü dəfədir ki, "Mənim elmdə ilk addımlarım" adlı Respublika konfransının keçirildiyini vurğulayıb.

Fizika fakültəsinin elmi hesabatı Şura üzvləri tərəfindən qənaətbəxş qiymətləndirilib.

Sonda cari məsələlər müzakirə edilib.

Xəbərlər

Azərbaycanda ilk “TələbəPlus” kartları BDU tələbələrinə təqdim edildi

Azərbaycanda ilk “TələbəPlus” kartları BDU tələbələrinə təqdim edildi
04/11/2024

BDU-da elmi seminar: “Dövlət qulluqçularının informasiya təminatında kitabxanaların rolu”

BDU-da elmi seminar: “Dövlət qulluqçularının informasiya təminatında kitabxanaların rolu”
04/11/2024

Bakı Zooloji Parkının direktoru BDU tələbələrinə praktiki dərs keçib

Bakı Zooloji Parkının direktoru BDU tələbələrinə praktiki dərs keçib
04/11/2024