Fizika fakültəsində "Fizika bu gün" adlı seminar keçirilib

19/12/2018

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Fizika bu gün" adlı növbəti elmi seminarı keçirilib.

TEC-in sədri, dosent Arif Orucov seminarlarda digər fakültələrin tələbə və müəllimlərinin iştirak etməsinin fənnlər arasında inteqrativ əlaqələrin genişlənməsindəki rolu, tələbələrin elmi dünyagörüşünün inkişafındakı əhəmiyyəti barədə danışıb.

Sonra Orxan Güləhmədov və Sərkər Mustafayev "Formula 1", üçüncü kurs tələbəsi Xanbikə Ramazanov "İşığın dispersiya möcüzəsi", II kurs tələbəsi Əliyeva Dinara "Termoelektron emissiyası hadisəsi" mövzularında məruzələr ediblər.

Tədbirdə fakültənin müəllim-tələbə heyəti ilə yanaşı Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbələri iştirak ediblər.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 19 dekabr 2018-ci il.

 

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
06/11/2026