Fizika fakültəsində iclas keçirilib

07/11/2018

Fizika fakültəsində professor-müəllim heyətinin, o cümlədən ETH-nin səmərələşdirici və patent-lisenziya işləri üzrə idarə aparatının əməkdaşlarının iştirakı ilə növbəti iclas keçirilib. Dekan, professor Məhəmmədəli Ramazanov iclasın gündliyi barədə məlumat verib. İclasda əsasən fakültədə çap olunan məqalələrin sayı ilə alınmış patentlərin sayı arasındakı böyük fərq olması məsələsi müzakirə edilib.  Bu istiqamətdə aparılan  araşdırma və müzakirələrdən sonra görülmüş elmi-tədqiqat işlərinin nəticələrinə istinadən patentlərin alınması qaydaları və yolları təklif olunub, fakültədə məhz bununla bağlı məsul şəxslərin təyin edilməsi barədə. razılığa gəlinib.

Mətbuat və informasiya şöbəsi, 07 noyabr 2018-ci il.

 

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
06/11/2026