Fizika fakültəsində magistrantların və gənc tədqiqatçıların Respublika elmi konfransı başlayıb

20/05/2011

Bu gün Bakı Dövlət Universitetinin Fizika fakültəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş «Fizika və Astronomiya problemləri» mövzusunda magistrantların və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb.

Tədbiri açan BDU-nun elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev ulu öndər, görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında və inkişafında tarixi xidmətlərindən danışıb. 1994-cü ildə imzalanmış “Əsrin Kontraktı”dan sonra “Evrovision -2011” musiqi yarışmasında ölkəmizin I yer tutmasını ikinci böyük tarixi hadisə adlandıran prorektor, ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Azərbaycanın dinamik inkişaf etdiyi bir dövrdə fiziklərin öhdəsinə böyük məsuliyyət düşdüyünü bildirən prorektor, tələbələrə tövsiyələrini verib, konfransa uğurlar arzulayıb.

Konfransın plenar iclasında “Polyarizələnmiş elektronun nüvə sahəsində tormozlanma şüalanmasının nəzəri tədqiqi”, “Ultrasəs prosessoru vasitəsi ilə kadmium sulfid nanohissəciklərinin alınması” və “Günəş spektrində H və K CaII profil xətləri” mövzusunda məruzələr dinlənilib.

Qeyd edək ki, konfrans 4 bölmədən ibarətdir.

Mətbuat və İnformasiya şöbəsi, 20 may 2011-ci il.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026