Fizika fakültəsində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

13/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş onlayn tədbir keçirilib.

Tədbirdə Fizika fakültəsinin dekan müavini Məhəmməd Məhərrəmov, Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri İlhamə Hacıyeva və tələbələr çıxış ediblər.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycanın irimiqyaslı və uğurlu  inkişafının təməlini qoyduğu, müasir ölkəmizin həmin fundamental təməl üzərində ucaldığı, dünyanın inkişaf etmiş ölkələri sırasında yer aldığı haqqında geniş məlumatlar verilib. Tələbə Gənclər Təşkilatının sədri Salmanlı Aynurə, Tələbə Həmkarlar İttifaqının sədri Əliyeva Günel, tələbələr İsmayılova Əfruz, İmanova Rəna, Süleymanova Səbinə, Nağıyev Xəyal, Məmmədova Zabitə, Mustafayeva Çinarə çıxış edərək bütün varlığı ilə Vətənə və xalqa candan bağlı olan dövlət xadimi Heydər Əliyevin öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etdiyini qeyd ediblər.

Xəbərlər

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
04/10/2025

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb
04/10/2025

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub
03/10/2025