Fizika fakültəsində növbəti dissertasiya işinin müdafiəsi keçirilib

01/10/2018

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasında 27 sentyabr 2018-ci il tarixində Fizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası” kafedrasının doktorantı Həbibə Aslan qızı Şirinovanın “PP+Fe3O4 və PVDF+Fe3O4 əsaslı polimer nanokompozitlərin alınması, quruluşu və xassələri” mövzusunda 2222.01.–“Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib. Fizika fakültəsinin dekanı, “Nanomaterialların kimyəvi fizikası” kafedrasının professoru Məhəmmədəli Ramazanovun və İtaliyanın La Sapienza universitetinin professoru Luca Di Palmanın rəhbərliyi ilə hazırlanmış elmi tədqiqat işi Şura üzvləri tərəfindən yüksək qiymətləndirilib. İtalyan professorun da iştirak etdiyi müdafiə prosesi, maraqlı diskussiyalarla yadda qalıb.

  1. İclası aparan Şura üzvü professor Əhməd Abdinov doktorantın indiyədək xarici ölkələrdə keçirilmiş konfranslarda uğurla çıxış etdiyini, elmi tədqiqat işinin nəticələrinin isə bir çox xarici jurnallarda çap olunduğunu qeyd edib. Belə ki, dissertant H.Şirinova  7-si Web of Science bazasında indekslənmiş 8 məqalə və 8 tezis olmaqla, ümumilikdə, 16 elmi işin müəllifidir. Opponentlər və elmi rəhbərlər də işin elmi əhəmiyyətini qeyd ediblər.

Professor Məhəmmədəli Ramazanov təqdim olunan işin aktuallığını, dünya elm müstəvisində bu sahədə görülən müasir işlərdən geri qalmadığını vurğulayıb, iddiaçının bir tədqiqatçı kimi, müsbət şəxsi keyfiyyətlərə malik olduğunu qeyd edib. İkinci elmi rəhbər olan Luca Di Palma H.Şirinova ilə Tempus “ECONANO” proyekti çərçivəsində tanış olduğunu, onun dəfələrlə İtaliyanın Roma, Florensiya şəhərlərində tədqiqat işləri apardığını vurğulayıb.

 

Mətbuat və informasiya şöbəsi, 01 oktyabr 2018-ci il.


Xəbərlər

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin rektorları arasında görüş keçirilib

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin rektorları arasında görüş keçirilib
02/11/2024

BDU komandası Çində keçirilən "Belt and Road” Beynəlxalq universitetlərarası startap yarışmasının qalibidir

BDU komandası Çində keçirilən "Belt and Road” Beynəlxalq universitetlərarası startap yarışmasının qalibidir
02/11/2024

BDU və Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir

BDU və Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir
01/11/2024