Fizika fakültəsində növbəti elmi seminar

30/06/2021

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində növbəti onlayn elmi seminar keçirilib. Seminarda Nanomaterialların kimyəvi fizikası kafedrasının doktorantı Lalə Qəhrəmanlı “Texnoloji şəraitin CdxZn1-xS nanohissəciklərinin fiziki xassələrinə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi yarımkeçirici xalkogenid birləşmələrinin fotovoltaiklərdə, günəş elementlərində, sensor və lazerlərdə geniş tətbiq imkanları, müxtəlif sintez üsulları ilə əldə olunmuş CdxZn1-xS nanohissəciklərin quruluş və fiziki xassələrinin tədqiqi haqqında məlumat verib, müxtəlif reaksiya parametrlərinin nanomaterialların formalaşma mexanizminə, eləcə də formalaşan nanomaterialların fiziki xassələrinə təsirinin öyrənildiyini, eyni zamanda əldə olunan nəticələrə əsasən müqayisəli analizin aparıldığını qeyd edib.

Sonra seminar iştirakçıları məruzə ilə bağlı müzakirə aparıb, məruzəçi verilən sualları cavablandırıb.

 

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”
01/10/2026

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub
01/10/2026