Fizika fakültəsində "Qarabağ Azərbaycandır!" adlı tədbir keçirilib

07/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə Vətən müharibəsində qazanılmış parlaq Qələbəyə həsr olunmuş "Qarabağ Azərbaycandır!" adlı onlayn tədbir keçirilib. Tədbir haqq savaşımıza həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.

Moderator, Fizika fakültəsinin dekan müavini Məhəmməd Məhərrəmov müzəffər Azərbaycan ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı Qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib, 44 günlük Vətən müharibəsində qazanılmış qalibiyyətdən danışıb.

Fizika fakültəsi THİK-in sədri Günel Əliyeva, 2-ci kurs tələbəsi Nərmin Həsənli Qarabağın tarixi, mədəniyyəti və böyuk zəfər haqqında ətraflı məlumat veriblər. THİK-in sədr müavinləri Ləyaqət Qasımova, Nərmin Həsənli və Xəyal Nağıyev, idarə heyətindən Səbinə Süleymanova şeir nümunələri səsləndiriblər. Tədbirdə çıxış edən tələbələr Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən hərbi təcavüzü, Vətən müharibəsində qazanılmış Qələbə və Qarabağın erməni işğalından azad olunması münasibətilə təbrik nitqləri səsləndiriblər.

Tədbir Microsoft Teams platformasında üzərindən Fizika fakültəsinin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə baş tutub.

Xəbərlər

Müzəffər Komandan, qalib Ordu

Müzəffər Komandan, qalib Ordu
26/06/2026

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır
25/06/2026

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”
25/06/2026