Fizika fakültəsinin növbəti Elmi Şurası keçirilib

10/10/2014

Fizika fakültəsinin növbəti Elmi Şurası keçirilib. Fakültənin dekanı, professor Məmmədəli Ramazanov iclası açıb və BDU-nun rəhbərliyinə - rektor, akademik Abel Məhərrəmova,  prorektorlar - AMEA-nın müxbir üzvü Aydın Kazımzadəyə, professor İradə Əliyevaya, BDU-nun Metodiki Şurasının sədri, akademik Vasif Babazadəyə və bütün üzvlərinə Şuranın işində iştirakı üçün təşəkkürünü bildirib. İclasda fakültə Metodiki Şurasının sədri, professor M.Ş.Məmmədovun hesabatı dinlənilib və fakültənin elmi fəaliyyəti, dünya elminə inteqrasiyası, elmi əlaqələrin qurulmasının vacibliyi qeyd olunub. Rektor Abel Məhərrəmov məsələ ilə bağlı öz düşüncələrini fakültə əməkdaşları ilə bölüşüb. O, Fizika fakültəsinin çox böyük elmi potensiala malik olduğunu qeyd edib, fakültənin nailiyyətləri barədə faktlar sadalayıb, fakültənin görkəmli alimlərini yad edib və yaşlı nəsili qorumağın vacibliyindən söz açıb, təhsilin keyfiyyətini artırmaq üçün yeni müasir effektli tədris üsullardan istifadə etməyin vacibliyini qeyd edib və fakültə Metodiki Şurasının işini, o cümlədən dekanın fəaliyyətini yüksək dəyərləndirib. Dekan, professor Məhəmmədəli Ramazanov fakültə əməkdaşlarının adından rektora öz təşəkkürünü bildirərək qeyd edib ki, son zamalar Fizika fakültəsinə ümumi dəyəri 300000,0$ olan ən müasir texnologiya ilə təmin olunmuş 7 tədris laboratoriyaları alınıb və laboratoriya otaqları yüksək səviyyədə təmir edilərək istifadəyə verilib. Dekan bildirib ki, bu laboratoriyalarda 200-ə qədər laboratoriya işini yerinə yetirmək mümkündür. Son zamanlar fakültədə 10 auditoriya təmir edilib və həmin auditoriyalara elektron lövhələr quraşdırılıb. Dekan qeyd edib ki, fakültənin elmi tədqiqat potensialının artırılması istiqamətində ciddi işlər görülüb. Universitet büdcəsi və qrant layihələri hesabına son 2 ildə ümumi dəyəri 1,6 mln dəyərində olan tədqiqat avadanlıqları alınıb. Bu istiqamətdə işlər davam etdirilir və gələcəkdə də yeni cihaz və avadanlıqlar alınacaqdır. Professor onu da bildirib ki, fakültə Metodiki Şurasının və elmi şuranın  birgə iştirakı ilə Fizika və Fizika müəllimliyi ixtisasları üzrə yeni təhsil standartı işlənib və Təhsil Nazirliyi tərəfindən təsdiq edilib.

İclasda habelə Fizika fakültəsinin elm tutumlu bir fakültə kimi formalaşması istiqamətində atılacaq ciddi addımlar barədə yeni düşüncələr müzakirə edilib.

Mətbuat və İnformasiya şöbəsi, 09 oktyabr 2014-cü il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024