Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyəti fəaliyyətini onlayn davam etdirir

04/05/2020

2020-ci il 29 aprel tarixində Bakı Dövlət Universitetinin (BDU) Fizika Fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) onlayn elmi seminarı keçirilib. Virtual seminar fakültə müəllimləri, TEC üzvləri və tələbələrin iştirakı ilə baş tutub. Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyəti tələbələrin ənənəvi “Fizika bugün” adlı elmi seminarlarını məsafədən idarə olunmaqla həyata keçirir.

Mövcud şəraitdə tələbələr arasında elmi seminara böyük maraq olduğunu diqqətə çatdıran fakültə TEC-in elmi rəhbəri, dosent Orucov Arif seminarın proqramı və dinləniləcək məruzələr haqqında məlumat verib. A.Orucov dünyada sürətlə yayılmağa davam edən yeni tipli koronavirus (COVİD-19) infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısını almaq məqsədilə dövlət səviyyəsində qətiyyətli tədbirlərin görüldüyünü qeyd edib. Ölkəmizdə xüsusi karantin rejimi elan olunub, qadağalar tətbiq edilib, əhaliyə özünütəcrid tədbirlərinə uyğun davranmaq tövsiyə olunub.

Onlayn seminarlar Microsoft Teams platforması üzərindən məsafədən təşkil edilir. Fakültənin II kurs tələbəsi Kərimzadə Gülnaz “Nikola Teslanın ortaya çıxmamış kəşfləri”, Yarımkeçiricilər fizikası kafedrasının magistrantı İbrahimova Aynur “Azərbaycan mütəfəkkirlərinin fiziki-fəlsəfi dünyagörüşləri” mövzularında məruzə  ediblər. Virtual elmi seminar iştirakçıları tərəfindən maraqla qarşılan məruzələr ətrafında müzakirələr aparılıb.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, müəllim və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
26/08/2026

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir
25/08/2026

BDU-ya qəbul olunanların nəzərinə!

BDU-ya qəbul olunanların nəzərinə!
25/08/2026