Fizika Problemləri Elmi Tədqiqat İnstitutunda hesabat-seçki iclası keçirilib

16/02/2015

Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi Tədqiqat İnstitutunda hesabat-seçki iclası keçirilib. İclası açan İnstitut direktor müavini Yusif  Nurullayev iclasda iştirak edən BDU HİK sədri  Fikrət Şiriyevi və bütün əməkdaşları salamlayıb. Sonra HT sədri Mübariz Məmmədov hesabat üçün dəvət olunub. M.Məmmədov 3 il ərzində görülən işlər barədə ətraflı məlumat verib. M.Məmmədov hesabatında  fəxri fərman alan əməkdaşlarımızın adlarını da qeyd edib. Hesabat ətrafında M.Q.Bayramov, H.Q.Qafarova, H.T.Əliyeva, çıxış ediblər öz təkliflərini irəli sürüblər və hesabatı qənaətbəxş hesab etdiklərini bildiriblər. Professor T.Əliyeva öz çıxışında M.Məmmədovunvə fakültə HT işini yüksək qiymətləndirib. Sonra BDU HİK-in sədri Fikrət Şiriyev çıxış edərək sualları cavablandırıb. M.Mübarizin vəzifəsini yüksək qiymətləndirib, universitetdə tədbirlərin yüksək səviyyədə keçirildiyini də bildirib. Sonda açıq səsvermə yolu ilə fakültə həmkarlar təşkilatının 5 nəfərdən ibarət yeni idarə heyəti seçilib. Dosent M.Məmmədov yenidən fakültə həmkarlar təşkilatının sədri seçilib.

Mətbuat və informasiya şöbəsi, 18 fevral 2015-ci il.

Xəbərlər

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026