Fizika Problemləri ETİ-də elmi seminar keçirilib

10/06/2021

Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib. Seminarda Biofizika şöbəsinin böyük elmi işçisi, Xavər Həsənova “PVP–C6O7H5Na3-H2O ikifazalı sistemlərinin hal diaqramlarına PVP-nin molekul  kütləsinin, temperaturun, karbamidin,  bəzi şəkərlərin biratomlu spirtlərin təsiri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi PVP-C6O7H5Na3–H2O qarışığında komponentlərin konsentrasiyalarının müəyyən qiymətlərində termodinamik tarazlıqda olan ikifazalı sistemin əmələ gəlməsinin müşahidə olunması, alınmış yeni sistemin hal diaqramı-binodal əyrisi və birləşdirici xətlərin meyl bucağının təyin edilməsindən danışıb. PVP-nin 10000, 12000, 54000 molekul kütləli fraksiyalarının, limon turşusunun natrium duzunun sulu qarışığında alınmış ikifazalı  sistemlərdə   PVP-nin molekul kütləsinin və temperaturun binodala təsirinə, eləcə də sistemin hal diaqramına karbamidin, bəzi şəkərlərin və bəzi biratomlu spirtlərin təsirinə baxılıb. Müəyyən edilib ki, polimerin molekul kütləsinin artması ilə faza əmələgəlmə komponentlərin daha kiçik konsentrasiyalarında baş verir, binodallar koordinat başlanğıcına doğru sürüşür. Bu sistemlər, polimer-polimer-su ikifazalı sistemlərdən fərqli olaraq, həllolmanın aşağı kritik temperaturuna (HAKT)  malikdir, temperaturun artması ilə fazalara ayrılma sürətlənir. Fazalara ayrılma prosesinə ən çox təsir edən, şəkərlər sırasından saxaroza, spirtlər sırasından isə propanol  olub. Fazalara ayrılma prosesində suyun həlledici rolu olduğu müəyyən edilib.

Daha sonra Xavər Həsənova verilən sualları cavablandırıb, aparılan təcrübələrin xüsusiyyətlərini izah edib.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”
05/06/2026

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar
05/06/2026

BDU-da “Kriminalistik genetika və STR analizi” mövzusunda elmi seminar

BDU-da “Kriminalistik genetika və STR analizi” mövzusunda elmi seminar
05/06/2026