Fizika Problemləri ETİ-də elmi seminar keçirilib

29/01/2021

Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-tədqiqat İnstitutunda növbəti onlayn seminar keçirilib.

Seminarda “Kondensə olunmuş hal fizikası” şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı Nadir Abdullayev “MnBi2Te4(Bi2Te3)n  n=0, 1, 2 sisteminə aid olan yeni maqnit topoloji izolyatorlar” mövzusunda məruzə ilə çıxış edib. Çıxışda MnBi2Te4(Bi2Te3)n n=0, 1, 2 sisteminə aid olan yeni maqnit topoloji izolyatorlar spintronika, aksion elektrodinamika, enerji itkisi olmayan elektronika və s. üçün perspektiv materiallar haqqında məlumat verib. Bu birləşmələrin geniş temperatur intervalında (1.4-300K) və maqnit sahələrində (0-8Tl) quruluşu, rentgen difraksiyası, raman səpilməsi, elektrik və galvanomaqnit xassələrinə (maqnit müqaviməti və anomal Holl effekti), maqnit xassələrinə (maqnitlənmə və maqnit nüfuzluğu) aid təcrübi nəticələr təqdim olunub və onların izahı verilib.

Sonda N.Abdullayev mövzu ətrafında sualları cavablandırıb, aparılan təcrübələrin xüsusiyyətlərini izah edib.

 

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026