Fizika Problemləri ETİ-də növbəti elmi seminar

12/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda növbəti elmi seminar keçirilib.

Seminarda Kondensə olunmuş hal fizikası şöbəsinin böyük elmi işçisi Mübariz Məmmədov “Oksidləşdiricinin çatışmazlığı rejimində bircins məsaməli silisiumun alınması” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə oksidləşdiricinin çatışmazlığı rejimində sirkə turşusunun HF/HNO3/CH3COOH məhlulunda məsaməli silisiumun formalaşmasına təsiri araşdırılıb.  Müəyyən edilib ki, sirkə turşusunun konsentrasiyası artdıqca inkubasiya müddəti artır, reaksiyanın sürəti azalır, qabarcıq yaranma prosesi zəifləyir və alınan təbəqələrin lateral bircinsliyi təmin olunur. Müxtəlif qalınlıqlı bircins məsaməli silisiumun alınması üçün aşılayıcı məhlulun optimal tərkibi müəyyən edilib. Alınmış nümunələrin fotolyuminessensiya və həyəcanlaşma spektrləri tədqiq edilib.

Məruzəçi seminarın sonunda iştirakçıların suallarını cavablandırıb.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026