Fizika Problemləri ETİ-də seminar

29/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun növbəti elmi seminarı keçirilib.
Seminarda Biofizika şöbəsinin elmi işçisi Sənubər Bağırova “Polivinilpirrolidon əsaslı sulu məhlulların reoloji xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə polivinilpirrolidonun  müxtəlif fraksiyalarının sulu məhlullarının xarakteristikaları izah olunub.

Polivinilpirrolidonun  müxtəlif fraksiyalarının sulu məhlullarının xarakteristik özlülüyünə temperaturun, molekulyar kütlənin təsiri barədə məlumat verilib, Xaqqins əmsalı K və ikinci virial A əmsalı təyin edilib.

Daha sonra məruzəçi sualları cavablandırıb, aparılan təcrübələrin xüsusiyyətlərini izah edib.

Xəbərlər

BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib

BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib
04/11/2026

BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi

BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi
04/11/2026

BDU tələbələrinin nəzərinə!

BDU tələbələrinin nəzərinə!
03/11/2026