«Fizika və astronomiyanin problemləri» XIX Respublika Elmi konfransı keçirilib

26/05/2017

Bakı Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində  magistrantların və gənc tədqiqatçıların «Fizika və astronomiyanın problemləri» XIX Respublika Elmi konfransı keçirilib. Giriş sözü ilə çıxış edən Fizika fakültəsinin dekanı, professor  Məmmədəli Ramazanov konfransın işinə uğurlar arzulayıb, fakültə əməkdaşlarının və gənc tədqiqatçıların elmi tədqiqat sahəsində əldə etdikləri yerli və beynəlxalq uğurlardan bəhs edib.

“Nanomaterialların kimyəvi fizikası” kafedrasının I kurs magistrantı G.Məhərrəmova “PP+PbS/CdS əsaslı polimer hibrid nanokompozitlərin alınması və optik xassələri”, “Nəzəri fizika” kafedrasının I kurs magistrantı A.Nəbiyeva “Uzununa polyarlaşmış Z- toqquşmasında - bozon cütünün yaranması” mövzularında məruzələrlə çıxış ediblər.

“Nəzəri fizika və astrofizika”, “Bərk cisimlər və yarımkeçiricilər”, “Fiziki elektronika”, “Nanomateriallar və nanotexnologiyalar”, “Biofizika və molekulyar fizika” və “Fizikanın tədrisi üsulları” bölmələrində davam edən konfransda  magistrant və gənc tədqiqatçıların 80-dən artıq məruzələri dinlənilib.

Qeyd edək ki,  konfransa Bakı Dövlət Universiteti ilə yanaşı, AMEA-nın Fizika İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistrant və doktorantları da qatılıblar.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026