Fizika və kimya fakültələrinin dekanları Lozannada elmi ezamiyyətdə olublar

29/11/2013

Fizika fakültəsinin dekanı professor Məhəmmədəli Ramazanov və Kimya fakültəsinin dekani professor Abdülsəyid Əzizov İsveçrənin Lozanna şəhərində yerləşən ThermoFischer Scientific analitik cihazlar istehsalı və yaradılması ilə məşğul olan şirkətin rəsmi dəvəti ilə 24 noyabr 2013 tarixindən 28 noyabr 2013 tarixinə qədər Lozannada elmi ezamiyyətdə olublar. Səfər zamanı professor M.Ə.Ramazanov və professor A.Ə.Əzizov ThermoFischer şirkətinin istehsal etdiyi cihazların imkanları ilə yaxından tanış olublar və şirkətin istehsal etdiyi cihazların BDU-ya alınması məsələləri ilə əlaqədar danışıqlar aparıblar. Səfər zamanı X-ray fluorescence spectrometrin iş prinsipi və texniki imkanları barədə Didier Bonvin və D-r Ravi Yellepedi ətraflı məlumat vermişlər və BDU alimlərinin sintez etdiyi nümunələr tədqiq edilib. Səfər zamanı gələcəkdə əməkdaşlıq edilməsi barədə təkliflər edilmiş və razılıqlar əldə edilib.

Mətbuat və informasiya şöbəsi, 29 noyabr 2013-ci il.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026