«Fizikanin aktual problemləri» adlı VIII respublika elmi konfransı keçirilib

18/12/2015

Bakı Dövlət Universitetinin fizika fakültəsində «Fizikanin aktual problemləri» adlı VIII respublika elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə açan BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə fizika fakültəsinin nailiyyətlərindən danışıb. Bildirib ki, Bakı Dövlət Universitetinin aparıcı fakültələrindən olan fizika fakültəsinin 9 kafedrasında 83  professor müəllim heyəti çalışır və onlardan 24  elmlər doktoru,  25-i professordur. Fakülltə alimlərinin elmi əsərləri dünyanın aparıcı elmi nəşriyyatlarında dərc edilir. Yalnız bir faktı qeyd etmək yerinə düşər ki, 2014-cü ildə universitet fizikləri Tomson Reyter Agentliyinin (37 məqalə Fizika fakültəsi)  sırasına daxil olan jurnallarda 51 məqalə dərc etdiriblər. Bu, BDU üzrə bu jurnallarda dərc edilmiş məqalələrin 30%-ni təşkil edir.Fakültədə 956 bakalavr, 80 magistr, 33 doktorant təhsil alır və yaradılmış mühit gənclərin elmə gəlməsinə şərait yaradır.  Fakültədə ayda 2 dəfə magistrlərin, bir dəfə isə professor- müəllim heyətinin elmi seminarı keçirilir. Prorektor bilidirb ki, konfrasda dinləniləcək 70 məruzədən ikisi plenar iclasda səsləndiriləcək.  Konfransın işində respublikanın 15 ali təhsil və elm ocaqlarının əməkdaşlarının çıxışları məruzə ediləcək. Plenar iclasdan sonra konfrans öz işini 4 bölmədə - nəzəri fizika və astrofizika (13 məruzə), bərk cisimlər və yarımkeçiricilər fizikası (17 məruzə), fiziki elektronika (18 məruzə), nanotexnologiyalar və molekulyar fizika (22 məruzə) davam etdirib.

Mətbuat və informasiya şöbəsi, 18 dekabr 2015-ci il.

Xəbərlər

BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib
04/02/2026

BDU-nun professoru Rasim Məmmədov vəfat edib

BDU-nun professoru Rasim Məmmədov vəfat edib
04/02/2026

BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub
04/02/2026