Əflatun Amaşov Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb

30/10/2017

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə növbəti görüşü keçirilib. Dekan dosent Vüqar Əliyev qonağı fakültədə görməkdən məmnunluğunu ifadə edərək Mətbuat Şurası iləəməkdaşlıq məsələləri, o cümlədən birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə edib.

Əflatun Amaşov təmsil etdiyi qurum ilə Jurnalistika fakültəsi arasında uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edərək yeni layihələrin həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Sonra Mətbuat Şurasının sədri tələbələrə “Beynəlxalq jurnalist təşkilatları” mövzusunda mühazirə oxuyub. O, informasiya vasitələrinin bugünküdurumunu, tarix və müasirlik prizmasından jurnalistlərin mövqeyini və vəzifələrini dəyərləndirib. Mühazirədən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb və tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, görüşdə Jurnalistika fakültəsinin professorları - Cahangir Məmmədli və Akif Rüstəmov iştirak edib.

journalism.bsu.edu.az

Xəbərlər

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05/10/2026

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026