Fəlsəfə elmləri doktoru, professor Fərman İsmayılov vəfat edib

10/11/2018

Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının professoru Fərman İsmayılov vəfat edib. Fərman İsmayılov 1936-cı ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olub. Orta təhsilini Baş Göynük kəndindəki Gülarə Göylüqızı adına məktəbdə alıb. 1956-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olub, 1962-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Ali məktəbi qurtardıqdan sonra Elmi Şuranın qərarı ilə "İngilis dilinin qrammatikası" kafedrasmda müəllim saxlanılıb, 1965-ci ildə EA-nın Fəlsəfə və Hüquq İnstitutunun (AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu) aspiranturasına qəbul olunub. 1970-ci ildə namizədlik, 1996-cı ildə ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. Müdafiədən sonra "İdrak nəzəriyyəsi və linqvistik analiz" kitabı çapdan çıxıb. "XX əsr Qərb fəlsəfəsinin tarixi" adlı iki cilddən ibarət əsərin birinci cildi Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərs vəsaiti kimi qəbul edilib.

Fərman İsmayılov Müasir Qərb fəlsəfəsinə dair Azərbaycanda ilk elmlər doktoru olub.

Allah rəhmət eləsin.

daha ətraflı: http://socialogy.bsu.edu.az/az/content/fed_prof_ismaylov_frman_qhrman_o___160

 

 

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026