Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Qəmər Mürşüdlü Türkiyədə mükafatlandırılıb

13/12/2016

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsi Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Qəmər Mürşüdlü  Türkiyə Respublikasının Antalya şəhərində keçrilən Türk Dünyası Təhsil və Sosial Elmlər Konqresində iştirak edib. Konqresdə bütün turkdilli dövlətlərdən elm və təhsil adamları iştirak etməklə ümumilikdə 400 nəfərdən artıq nümayəndə təmsil olunub.

Dosent Qəmər Mürşüdlü "Avropa ali təhsil məkanına inteqrasiyanın Azərbaycan təcrübəsi: reallıqlar, perspektivlər" mövzusunda məruzə ilə çıxış edib.

Konqresin sonunda dosent Q.Mürşüdlü elmi çalışmaları ilə “Türk Akademik Həyatına”  verdiyi töhfələrinə görə UAESEB İdarə Heyəti tərəfindən "Türk Bilim Dünyası" ödülü ilə mükafatlandırılıb.

Mətbuat və informasiya şöbəsi, 13 dekabr 2016-cı il.

Xəbərlər

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-nun professoru Adilə Abbasova vəfat edib

BDU-nun professoru Adilə Abbasova vəfat edib
29/10/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar
29/10/2026