Forum işini davam etdirib

13/10/2010

Bu gün Bakı Dövlət Universitetində MDB-nin humanitar universitetlərinin rektorları və humanitar fakültələrinin dekanlarının birinci Forumu işini davam etdirib. Tədbiri Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla açıb və giriş üçün sözü təhsil naziri Misir Mərdanova verib. Nazir əvvəlcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, erməni təcavüzü nəticəsində Azərbaycana vurulmuş ziyandan, sonra müstəqillik illərində təhsil sisteminin inkişafından bəhs edib. Eyni zamanda, Heydər Əliyev Fondunun fəaliyyətindən, Fondun prezidenti Mehriban xanım Əliyevanın təhsil sisteminin inkişafına verdiyi dəstəkdən, apardığı islahatlardan danışıb. Nazir bildirib ki,  MDB ölkələri ilə təhsil sahəsində əlaqələrin genişlənməsi ali təhsil ocaqlarında təhsilin keyfiyyətinə də təsirsiz ötüşməyəcək. Hazırda xaricdə 10 mindən artıq azərbaycanlı tələbənin təhsil aldığını vurğulayan nazir qloballaşma dövründə humanitar təhsilin rolunun artdığını da önə çəkib. Misir Mərdanov Azərbaycan və Rusiya təhsil nazirliklərinin, həmçinin bu iki dövlətin əsas ali məktəbləri – Bakı Dövlət Universiteti və Moskva Dövlət Universitetinin əməkdaşlığından söz açıb, rus dilinin cəmiyyətimizdə oynadığı roldan bəhs edib. Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar «MDB-də humanitar təhsil: problemlər və inkişaf perspektivləri» mövzusunda məruzə edib. Sonra “MDB humanitariyaları arasında əməkdaşlığın istiqamətləri və perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. Forumun nəticəsi olaraq Memorandum qəbul edilib. Sənədə əsasən forum hər il keçiriləcək, onun nəzdində daimi fəaliyyət göstərən ekspert komissiyaları təşkil ediləcək, İnternet portalı işə başlayacaq. Qarşılıqlı əməkdaşlıq, inkişaf proqramı və Forumun elmi kitabçası hazırlanacaq, həmçinin, Koordinasiya birliyinin Sekretariatı yaranacaq. Memoranduma əsasən forumun növbəti iclasları layihənin iştirakçıları olan Ali Təhsil Mərkəzlərinin bazasında keçiriləcək.

 

BDU-nun Mətbuat və informasiya şobəsi

Xəbərlər

Azərbaycan milli mətbuatı - 151

Azərbaycan milli mətbuatı - 151
22/07/2026

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026