Fransada “Tvininq” layihəsi çərçivəsində növbəti görüş

11/03/2020

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və ölkənin ali təhsil müəssisələrinin prorektorlarından ibarət nümayəndə heyətinin “Tvininq” layihəsi çərçivəsində 2020-ci il 1-7 mart tarixlərində Fransaya səfəri baş tutub. Fransanın Ali Təhsil Nazirliyi, Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzi (CİEP), Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Versal St-Quentin-en-Yvelines (UVSQ), Cergy-Pontoise (UCP) və Strasburq Universitetlərində təşkil edilən görüşlərdə nümayəndə heyəti Fransa ali məktəblərində idarəçilik sistemi, pedaqoji innovasiyalar və tələbə həyatı, tələbələr üçün nəzərdə tutulmuş xidmətlərlə (tələbə evi, bələdçilik xidmətləri, kitabxana, dil mərkəzi) tanış olublar.

Fransanın Təhsildə Keyfiyyət Təminatı Agentliyində təşkilatın missiyası və funksiyalarına dair elmi seminarda təhsil proqramlarının tələbəyönümlü meyarlarının qiymətləndirilməsi barədə ətraflı məlumat verilib.

Fransa Ali Təhsil Nazirliyinin tədqiqatlar və innovasiyalar, eləcə də ali təhsilin mərkəzləşdirilməsi sahəsində əməkdaşlıq departamentinin rəhbəri Joakim Nassar ilə görüşdə beynəlxalq əlaqələr siyasətinin inkişafı və tələbələrin beynəlxalq əmək bazarlarına uyğunlaşdırılması sahəsində strategiya haqqında fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətində BDU-nu universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyeva təmsil edib. Avropa İttifaqının Tvinninq proqramı çərçivəsində “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsinin icrasına 2018-ci ilin aprel ayından başlanılıb. Layihə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Fransa, Litva və Latviyanın təmsil olunduğu konsorsium tərəfindən həyata keçirilir.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub
17/07/2026