Futbol çempionatına start verildi

17/04/2010

Aprelin 17-də Bakı Dövlət Universitetinin futbol meydançasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə universitetin 16 fakültəsi, eyni zamanda  MDU-nun Bakı filialının tələbələri arasında futbol yarışının təntənəli açılış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov son illərdə ölkəmizdə idmana göstərilən xüsusi dövlət qayğısından danışıb. Bildirib ki, ulu öndərin xatirəsinə həsr olunmuş futbol yarışları may ayında yekunlaşacaq və qalib müəyyən olunacaq. Bundan əlavə, şahmat yarışına artıq start verildiyini, elmi-praktik konfransın isə keçiriləcəyini bildirib. Daha sonra dövlət himni səslənilib və konsetr nümayiş etdirilib. Tələbə və müəllimlərin azarkeşliyi ilə jurnalistika və hüquq fakültələri arasında futbol oyunu izlənilib.

 

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026