Futzal üzrə respublika birinciliyinin ilkin oyununda BDU komandası qalib oldu

05/04/2019

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr edilmiş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə respublika birinciliyinin açılış mərasimi keçirilib.

Yarışda respublikanın bölgələrində gələn kollektivlərlə birlikdə 32 komanda və 600-ə yaxın tələbə iştirak edib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, ali təhsil müəssisələrinin rəhbərləri və digər şəxslər iştirak ediblər.

Çıxış edən Firudin Qurbanov bildirib ki, bu yarışın əsas məqsədi ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzalın təbliği və kütləviliyinə, perspektivli idmançıların aşkar edilməsinə və onların ustalardan ibarət komandalara cəlb edilməsinə nail olmaqdır.

Nazir müavini qeyd edib ki, BDU-nun 100 illik yubileyinə həsr olunmuş futzal üzrə respublika birinciliyi genişmiqyaslılığı, mütəşəkkilliyi, eyni zamanda, ictimaiyyət tərəfindən maraqla qarşılanması baxımından idman tariximizə yaddaqalan hadisələrdən biri kimi daxil olacaq.

Respublika birinciliyi AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilir.

İlk oyun Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universitetinin komandaları arasında keçirilib və 6.2 hesabı ilə BDU komandası qalib olub.


Mətbuat və informasiya şöbəsi, 05 aprel 2019-cu il.

Xəbərlər

BDU-da Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş silsilə tədbirlərə başlanılıb

BDU-da Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş silsilə tədbirlərə başlanılıb
10/02/2026

BDU Pakistanın Mardan Abdul Vali Xan Universiteti ilə əməkdaşlığa başlayır

BDU Pakistanın Mardan Abdul Vali Xan Universiteti ilə əməkdaşlığa başlayır
10/02/2026

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026