Güclü geomaqnit qasırğası gözlənilir

30/03/2022

Martın 28-də Günəşdə baş verən Tac kütlə atılmasının geoeffektivliyi (CME - Coronal Mass Ejection) səbəbindən 30 mart-1 aprel tarixlərində Yerin geomaqnit sahəsində kifayət qədər güclü həyəcanlanma baş verəcək.  
Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.  
Bunun nəticəsində göstərilən tarixlərdə maqnit qasırğası gözlənilir. Martın 29-da Günəşin səthində çoxsaylı M və C siniflərindən olan alışmalar baş verib. Baş verən alışmalar da maqnit qasırğasının güclənməsinə səbəb olacaq.   
Hazırda Günəş küləyi parametrləri tac dəliklərindən çıxan yüksək sürətli axınların (CH HSS - Coronal Hole High Speed Stream) təsiri və martın 25-də baş vermiş Tac kütlə atılması nəticəsində yüksək səviyyədə qalmaqdadır. Martın 30-u səhər saatlarında geomaqnit sahə sakit olub. Martın 28-də baş vermiş Tac kütlə atılması və fəal yüksək sürətli axınların təsiri nəticəsində martın 30-da günün sonunda sakit şərait G1 səviyyəli  (zəif-mülayim) maqnit qasırğası ilə müşayiət olunan həyəcanlanmış şəraitlə əvəzlənəcək. Martın 31-də günün əvvəlində maqnit qasırğası G3 və bəzi saatlarda  isə G4 səviyyəsinə yüksələcək. Tac kütlə atılmasının təsiri aprelin 1-də azalacağından geomaqnit şərait G2 səviyyəli maqnit qasırğası ilə əvəzlənəcək.  
Qeyd  edək ki, maqnit qasırğalı kosmik hava şəraiti ilk növbədə xüsusi risk qrupuna daxil olan insanlara təsir edir. Ürək-qan damar və digər xroniki xəstəlikləri olan insanlar, qismən də ahıllar və azyaşlılar daha çox diskomfort hiss edirlər. Belə hallar adətən impulsiv baş ağrıları, halsızlığın artması şəklində özünü göstərir.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024