BDU əməkdaşının Gənclər Fondunun qrant müsabiqəsində qalib olan layihəsinin seçim turu başlayıb

21/11/2022

BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşı Orxan Güləhmədovun Azərbaycan Respublikasının Gənclər Fondunun fərdi qrant müsabiqəsində qalib olan “İnnovativ Gənc Mühəndislər – tərsinə mühəndislik biliklərinin gənclərə aşılanması” adlı layihəsinin seçim turu başlayıb.

Seçim turu elmi-texniki və intellektual xarakterli suallardan ibarət test tapşırıqları əsasında həyata keçiriləcək. Layihənin əsas məqsədi gənclərin elmi-texniki, praktiki bacarıqlarını, intellektual səviyyələrini inkişaf etdirmək, asudə vaxtlarını səmərəli keçirmələrini təşkil etmək, dövlət gənclər siyasətinin reallaşdırılmasına dəstək olmaq, gənclərdə yaradıcılıq işlərinə marağı artırmaqdır.

Tərsinə mühəndislik biliklərinin (Arduino) gənclərə aşılanması onların elmi-texniki yeniliklər ilə yaxından tanış olmasına, texniki yaradıcılığa maraqlarının stimullaşdırılmasına, asudə vaxtlarının səmərəli təşkil edilməsinə, innovativ ixtiraçı kimi yetişmələrinə kömək olacaq. Süni intellektin və müxtəlif sahələrdə robotlaşmanın, dronların, bərpa olunan enerji texnologiyalarının və s. həyatımızın bütün sahələrinə daxil olduğu hazırkı dövr artan rəqabətə tab gətirmək üçün yeni strategiyalar düşünməyi tələb edir. Layihə gənclərin elmi-texniki biliklərini daha da inkişaf etdirəcək və gələcəkdə yaxşı mütəxəssis kimi yetişmələrinə zəmin yaradacaq.

Seçim turu 16-28 yaş qrupuna daxil 100 gənc arasında həyata keçiriləcək.

Qeydiyyat linki: https://forms.gle/5roKKkvA1MUTkWnu5

Xəbərlər

“GeoCamp” Tələbə yay düşərgəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilə görüş

“GeoCamp” Tələbə yay düşərgəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilə görüş
31/08/2026

BDU-ya qəbul olunanların 504 nəfəri 600-dən yuxarı bal toplayıb

BDU-ya qəbul olunanların 504 nəfəri 600-dən yuxarı bal toplayıb
31/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən "GeoCamp" Tələbə yay düşərgəsinin təlim sessiyaları

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən "GeoCamp" Tələbə yay düşərgəsinin təlim sessiyaları
31/08/2026