“Gender bərabərliyi və media azadlığı” mövzusunda dəyirmi masa keçirilib

23/02/2019

Avropa Şurası tərəfindən jurnalistlər və Jurnalistika fakültəsinin tələbələri üçün “Gender bərabərliyi və media azadlığı” mövzusunda dəyirmi masa keçirilib.
Avropa Şurası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan qurumun Bakı Ofisinin rəhbəri, səfir Zoltan Herneys medianın demokratik cəmiyyətdə mühüm rol oynadığını diqqətə çatdırıb. Bildirib ki, layihənin məqsədi media sahəsində gender bərabərliyinin təşviqi, qadınların hüquq və azadlıqlarının təmin olunması, onların potensialının həyata keçirilməsi və karyerası üçün şəraitin yaradılmasıdır.
BDU-nun Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev Azərbaycanda jurnalistlərin iştirakı ilə start götürən yeni layihənin qadın və kişilərin müasir sosial rolları haqqında ictimai rəyin formalaşdırılmasına xidmət edə biləcəyini qeyd edərək təlimlərin əsas məqsədinin jurnalistlərin və Jurnalistika fakültələrinin tələbələrinin gender bərabərliyi və media azadlığı sahəsində Avropa standartlarına dair məlumatlılığını artırmaq olduğuna diqqətə çatdırıb.
Müstəqil ekspert Ələsgər Məmmədli, BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Sevinc Əliyeva, Hüquq fakültəsinin dekan müavini Gülnaz Ələsgərova, ADA Universitetinin aparat rəhbəri Şəfəq Mehrəliyeva, müstəqil ekspert Aynur Bəşirova çıxışlarında Avropa Şurasının Bakı ofisi tərəfindən Azərbaycanda gender bərabərliyi və media azadlığı sahəsində keçirilən çoxsaylı maarifləndirmə tədbirlərini, media nümayəndələrinin bu istiqamətdə peşəkarlığının daha da artırılması sahəsində görülən işləri yüksək qiymətləndirib,  əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.
Mətbuat və informasiya şöbəsi, 22 fevral 2018-ci il.

Xəbərlər

Azərbaycan ədəbiyyatının ölməz simvollarından biri - Bəxtiyar Vahabzadə

Azərbaycan ədəbiyyatının ölməz simvollarından biri - Bəxtiyar Vahabzadə
16/08/2025

BDU-da Pakistan səfiri və NUST Universitetinin rəsmisi ilə görüş

BDU-da Pakistan səfiri və NUST Universitetinin rəsmisi ilə görüş
15/08/2025

BDU-nun Filologiya fakültəsində 7 ixtisas üzrə kadrlar hazırlanır

BDU-nun Filologiya fakültəsində 7 ixtisas üzrə kadrlar hazırlanır
14/08/2025