“GeoCamp” Tələbə yay düşərgəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilə görüş

31/08/2026

Bakı Dövlət Universiteti (BDU) və “Azerbaijan International Mining Company Limited” şirkətinin birgə təşkilatçılığı, BDU-nun Geologiya fakültəsi, “BDU könüllüləri” təşkilatı, “CM Tech” MMC, “CQA International Ltd” MMC, “AT-Geotech” MMC, “A-A” MMC, “Atlas” MMC və “AzGeo” MMC-nin dəstəyi ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında  Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilə görüş keçirilib.

Görüşdə ekoloji təhlükəsizliyin təmin olunması, ətraf mühitin mühafizəsi və ekoloji problemlərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Həmçinin ekoloji təhlükəsizlik sahəsində görülən işlər, mövcud problemlər, qarşıda duran əsas vəzifələr və gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə tibbi tullantıların idarə olunması məsələsinə də xüsusi diqqət yetirilib. Tibbi tullantıların düzgün idarə edilməsinin ətraf mühitin və insan sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
28/10/2026