Geodeziya və kartoqrafiya kafedrasının 40 illik yubileyi keçirilib

06/12/2012

Bu gün Bakı Dövlət Universitetində Geodeziya və kartoqrafiya kafedrasının 40 illik yubileyinə həsr olunmuş «XXI əsr: Geodeziya və kartoqrafiya elmində innovasiyalar»  mövzusunda IV elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov  deyib ki, geodeziya-kartoqrafiya elmi öz əhəmiyyətinə görə yer elmləri sırasında xüsusi yer tutur. Xüsusilə də son dövrlərdə aero-kosmik məlumatlardan geniş istifadə, yeni elektron və lazer əsaslı ölçü alətlərinin hazırlanması və istifadəsi bu sahəni daha da  vacib edib. Deyib ki, ölkədə aparılan yenidənqurma və quruculuq işləri, yeni məktəblərin tikintisi, magistral neft-qaz kəmərlərinin çəkilişi, yolların salınması və sairə, geodeziyasız, xəritəsiz ötüşə bilməz. Bir sözlə yerin fiziki səthində, onun altında, üstündə, hətta fəza da belə nə iş aparılsa orada geodeziya, orada kartoqrafiya vardır. Hər nə olursa olsun, onun yeri, koordinatı məlum deyilsə və bu obyekt xəritədə göstərilməyibsə, deməli bu obyekt yoxdur. Rektor kafedranın fəaliyyətini yüksək qiymətləndirib və professor-müəllim heyətini, eləcə də metodist-laborantları 40 illik yubiley münasibəti ilə təbrik etdikdən sonra elmi-praktik konfransı açıq elan edərək onun işinə uğurlar arzulayıb.

Sonra Geodeziya və kartoqrafiya kafedrasının müdiri, professor Məqsəd Qocamanov «1972-ci ildən başlanan yol» adlı məruzə edib.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri – akademik Qərib Məmmədov «Azərbaycanda geodeziya və kartorqafiyanın müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri», AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü R.Məmmədov isə «Təbiət elminin inkişafında geodeziya ə kartoqrafiyanın rolu» adlı məruzə ediblər.

Coğrafiya fakültəsinin dekanı Fərda İmanov çıxışından sonra təbriklər olub.

Mətbuat və İnformasiya şöbəsi, 06 dekabr 2012-ci il.

Xəbərlər

BDU tələbələri arasında esse müsabiqəsi: “105 yaşlı elm və təhsil məbədi”

BDU tələbələri arasında esse müsabiqəsi: “105 yaşlı elm və təhsil məbədi”
08/10/2024

BDU-da buğda genotiplərində metal oksid nanohissəciklərin antioksidant fermentlərin fəaliyyətinə təsirinə dair araşdırmalar aparılır

BDU-da buğda genotiplərində metal oksid nanohissəciklərin antioksidant fermentlərin fəaliyyətinə təsirinə dair araşdırmalar aparılır
08/10/2024

BDU-nun Psixoloji yardım sektoru I kurs tələbələri üçün təlim keçirib

BDU-nun Psixoloji yardım sektoru I kurs tələbələri üçün təlim keçirib
07/10/2024