Geologiya fakültəsi Elmi Şurasının genişləndirilmiş iclası keçirilib

16/12/2019

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Elmi Şurasının genişləndirilmiş  iclası keçirilib. Fakültə dekanı, Elmi Şuranın sədri, dosent Məhluqə Məmmədova iclası acaraq BDU-nun 100 illik yubileyi ilə bağlı təltif edilmiş fakültə əməkdaşlarını təbrik edib, Şura üzvlərini gündəlikdə olan məsələlərlə tanış edib. İclasda 2019-cu ilin elmi-tədqiqat işlərinin hesabatları dinlənilib. Faydalı qazıntılar kafedrasının professoru Nazim İmamverdiyev, Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının dosenti Kərim Rəhimov, Seysmologiya və Yer təkinin fizikası kafedrasının dosenti Əvəz Məmmədov, Ümumi və tarixi geologiya kafedrasının müdiri, professor Musa Məmmədov, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının dosenti Esmiralda Məmmədova, Paleobiogeokimya ETL-nin müdiri, professor Sokrat İsayev, Qızıl səpinti yataqlarının proqnozu, axtarışı və qiymətləndirilməsi ETL-in baş elmi işçisi Robert Mobili illik hesabatla çıxış edib, aparılan elmi-tədqiqat işlərinin nəticələri barədə məlumat veriblər.
Elmi hesabatların müzakirəsi zamanı İqtisadi kibernetika kafedrasının dosenti, fakültə elmi şuralarının iclaslarında iştirak etmək üçün  yaradılmış komissiyanın üzvü Fərhad Mirzəyev çıxış edərək yerinə yetirilmiş elmi-tədqiqat işlərinin hesabatını qənaətbəxş hesab edib.
Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadənin çıxışından sonra iclas gündəlikdə olan cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026