Geologiya fakültəsinə 3 ixtisas üzrə tələbə qəbulu aparılır

24/08/2022

Bakı Dövlət Universitetinin Geologiya fakültəsində 5 kafedra, 1 Elmi-tədqiqat laboratoriyasıfəaliyyət göstərir. Kafedralar tədrisin keyfiyyətli və səmərəli aparılması üçün müasir avadanlıqlarla təchiz olunub. Bakalavr pilləsində tələbələr II kursdan başlayaraq tələbə elmi cəmiyyətinin xətti ilə kafedralarda elmi-tədqiqat işlərinə cəlb olunurlar. Fakültənin tələbə və magistrantları BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin laboratoriyalarında tədqiqat aparmaq imkanına malikdirlər.

Geologiya fakültəsində Faydalı qazıntılar, Kristalloqrafiya, mineralogiya və geokimya, Ümumi və tarixi geologiya, Hidrogeologiya və mühəndis geologiyası və Seysmologiya və Yer təkinin fizikası kafedraları fəaliyyət göstərir.

Bakalavriat səviyyəsində 3 ixtisas üzrə - "Geologiya", "Geologiya və geofizika mühəndisliyi", "Mədən mühəndisliyi" ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir.

"Geologiya" ixtisası üzrə məzunlar Ekologiyaji və Təbii Sərvətlər Nazirliyin Milli Geoloji - Kəşfiyyat Xidmətinin idarələri, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, müvafiq elmi-tədqiqat institutları, AzerGold QSC-nin mədənləri, Azərbaijan İnternational Mining Company Limited şirkətinin mədənləri, AzərSu ASC-də və digər yerli və xarici şirkət və təşkilatlarda mühəndis - geoloq kimi calışa bilərlər.

"Geologiya və geofizika mühəndisliyi" ixtisasını bitirən məzunlar filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının axtarış-kəşfiyyatı və hasilatı ilə məşğul olan mütəxəssislərdir. Bu ixtisasın məzunları Azərbaijan İnternational Mining Company Limited Şirkətinin mədənləri, AzərGold QSC-nin mədənləri, Ekoloji və Təbii sərvətlər Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin ekspedisiyaları, Dövlət Mineral Xammal Ehtiyatlardan İstifadə Agentliyi, müvafiq elmi-tədqiqat institutları, Respublika Seysmoloji Mərkəzi, SOCAR, BP, Schumberger kimi neft şirkətlərində, sənaye və mülki tikinti obyektlərinin ərazisində mühəndis-geoloji işləri aparan təşkilatlarda və AzərSu ASC-də mühəndis-geoloq kimi çalışa bilərlər.

"Mədən mühəndisliyi" ixtisası perspektivli və hərtərəfli bir ixtisasdır. Son dövrlərdə ölkəmizdə bir sıra yerli və xarici şirkətləri geniş miqyasşda filiz və qeyri - filiz faydalı qazıntı yataqlarının, xüsusilə qızıl, mis, gümüş, dəmir, sement, gil və digər mineral xammalın istismarı ilə məşğul olurlar. Bu baxımdan  yaxın 50 ildə bu ixtisas üzrə kadrlara ehtiyac duyulur. Mədən mühəndisliyi ixtisasını bitirən məzunlar faydalı qazıntı yataqlarının kəşfiyyatıı, istismarı və işlənilməsi ilə məşgul olan AzərGold QSC, Aserbaijan İnternational Mining Company Limited şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti, SOCAR, AzərSu və s. kimi müəssisələrdə işlə təmin oluna bilərlər.

Fakültədə tədris Azərbaycan, rus ingilis dillərində aparılır.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024