Geologiya fakültəsində elmi seminar keçirilib

18/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində "Zaman-məkan etibarilə endogen proseslərin yaratdığı anomal maqnit sahə dəyişmələrinin insan səhhətinə təsirinin oyrənilməsi" mövzusunda onlayn elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov sürətlə inkişaf edən dünyada informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edərək onlayn platformada yeni bilik, təcrübə və imkanlar qazanmağın əhəmiyyətindən bəhs edib.

Daha sonra AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Maqnitometriya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Hümbət Vəliyev "Zaman-məkan etibarilə endogen proseslərin yaratdığı anomal maqnit sahə dəyişmələrinin insan səhhətinə təsirinin oyrənilməsi" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə endogen proseslərlə əlaqəli geodinamik gərginliyin yaratdığı maqnit sahəsinin zaman-məkan etibarilə anomal dəyişmələrinin insan sağlamlığına təsirinin öyrənilməsi metodikası şərh olunub. Natiq maqmatik proseslər, seysmoloji zonalar, elektromaqnit sahələri, maqnit sahələrinin anomaliyası, tektonik, maqmatik, metamorfik və hidrotermal proseslər kimi məsələlərə aydınlıq gətirib.

Professorlar Nazim İmamverdiyev, Bahadır Qələndərov, Vaqif Qadirov, dosentlər Əli Novruzov, Əvəz Məmmədov çıxış edərək məruzə ilə bağlı fikirlərini bildiriblər, bu tip seminarların keçirilməsinin tələbə və magistrantların elmi tədqiqatlarda tətbiq olunan müasir metodologiyalarla və yeni avadanlıqlarla tanış olması baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

Akademik Vasif Babazadə BDU-da keçirilən onlayn elmi seminarların əsas məqsədinin fakültə əməkdaşlarının, gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsindən ibarət olduğunu bildirib.

Geologiya fakültəsinin dekanı Məhluqə Məmmədova karantin dövründə təşkil olunan və uğurla keçirilən bu tip onlayn tədbirlərin fakültə əməkdaşlarının və tələbə-magistrantların elmi-tədqiqat failiyyətini stimullaşdırmağa xidmət etdiyini bildirib.

Qarşılıqlı diskussiya şəraitində davam edən seminar sualların cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024