Geologiya fakültəsində Elmi Şuranın yeni tərkibdə ilk iclası keçirilib

27/12/2018

Geologiya fakültəsində Elmi Şuranın yeni tərkibdə ilk iclası keçirilib. İclası giriş sözü ilə açan fakültə Elmi Şurasının sədri, dosent Məhluqə Məmmədova yeni seçilmiş Şura üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzu edib.

Hidrogeologiya və mühəndis geologiyası kafedrasının dosenti Esmiralda Məmmədova yenidən Şuranın elmi katibi seçilib. İclasda tələbələrin qış imtahan sessiyasına hazırlığının müzakirəsi, tədris ilinin I yarısında kafedralar üzrə tədris yükünün yerinə yetirilməsi, fakültədə doktorant və dissertantların attestasiyası və digər cari məsələlər müzakirə olunub.

Daha sonra dosent Məhluqə Məmmədova Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri, professor Məmməd Çıraqovun  “Kalsium və nadir torpaq elementlərin, silikatların müqayisəli kristallokimyası” (rus dilində) və “Azərbaycan mineralları” (rus, azərbaycan və ingilis dillərində) adlı monoqrafiyalarının  İspaniyanın Barselona şəhərində Beynəlxalq kitab sərgisində nümayiş olunması və “Qızıl medal”a layiq görülməsi barədə məlumatı elmi şura üzvlərinin nəzərinə çatdırıb. Sonda bütün fakültə əməkdaşlarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək  elmi-pedaqoji fəaliyyətlərində və həyatlarında uğurlar və nailiyyətlər arzulayıb.

Mətbuat və informasiya şöbəsi, 27 dekabr 2018-ci il

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026