Geologiya fakültəsinin bir qrup professor-müəllim heyəti Filizçay yatağında
22/07/2022
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin bir qrup professor-müəllim heyəti "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin kontrakt sahəsindəki Filizçay kolçedan-polimetal yatağında (Balakən-Zaqatala filiz rayonu) olub.
Səfər BDU ilə “AzerGold” QSC arasında imzalanmış 2022-2023-cü il üzrə fəaliyyət planına müvafiq olaraq həyata keçirilib.
Fakültə əməkdaşları şirkətin Geoloji kəşfiyyat şöbəsinin müdir müavini Fuad Hüseynov və digər əməkdaşlarla birlikdə yataq ərazisində müşahidələr aparıb, kolçedan-polimetal filizləşməsinin yerləşmə qanunauyğunluğu, geoloji və fiziki-kimyəvi şəraitləri, iqtisadi mənimsənilməsi və istismarının ekoloji problemləri mövzularında fikir mübadiləsi aparıblar.



Xəbərlər
Müstəqilliyimizin əbədi rəmzi
Müstəqilliyimizin əbədi rəmzi
Milli qürur günümüz
Milli qürur günümüz
Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
