Geologiya fakültəsinin Elmi Şurasının elmi hesabatlara həsr olunmuş növbəti iclası keçirilib

12/12/2018

Geologiya fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib. İclasda 2018-ci ilin elmi hesabatları dinlənilib. Əvvəlcə fakültə dekanı, dosent Məhluqə Məmmədova Şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edərək il ərzində nailiyyət əldə etmiş əməkdaşlar haqqında məlumat verib və onları bu uğurlara görə bir daha təbrik edib. Daha sonra Faydalı qazıntılar kafedrasının professoru Nazim İmamverdiyev, Kristalloqrafiya, mineralologiya və geokimya kafedrasının müdiri, professor Məmməd Çıraqov, Seysmologiya və Yer təkinin fizikası kafedrasının dosenti Əvəz Məmmədov, Ümumi və tarixi geologiya kafedrasının müdiri, professor Musa Məmmədov, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının dosenti Esmiralda Məmmədova, Paleobiogeokimya ETL müdiri, professor Sokrat İsayev, Qızıl səpinti yataqlarının proqnozu, axtarışı və qiymətləndirilməsi ETL-in baş elmi işçisi Robert Mobili illik hesabatla çıxış edib, aparılan elmi tədqiqat işlərinin nəticələri barədə məlumat veriblər.
BDU-nun elmi katibi, professor Vaqif Salmanov, professor Oqtay Əkbərov, dosent Fərhad Mirzəyev Elmi Şurann iclasında iştirak ediblər. Elmi hesabatların müzakirəsi zamanı Elmi Şurada iştirak etmək üçün rektorluq tərəfindən fizika-riyaziyyat və təbiət elmləri üzrə təşkil olunmuş komissiyanın sədri, Yarımkeçiricilər fizikası kafedrasının müdiri, professor Vaqif Salmanov çıxış edərək bildirib ki, yerinə yetirilmiş elmi-tədqiqat işlərinin hesabatını qənaətbəxş hesab etmək olar. O, eyni zamanda elmi əsərlərin beynəlxalq indeksli jurnallarda çap olunması ilə bağlı ətraflı məlumat verib. Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadənin çıxışından sonra iclas gündəlikdə olan cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.

Mətbuat və informasiya şöbəsi, 12 dekabr 2018-ci il.

Xəbərlər

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər

BDU tələbələri Siyəzəndə ağacəkmə aksiyasında iştirak ediblər
18/04/2024