Geologiya fakültəsinin professor-müəllim heyəti akademik Akif Əlizadəni təbrik edib

23/02/2019

Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin professor-müəllim heyəti Azərbaycanda geologiya elminin inkişafında mühüm xidmətləri olan görkəmli alim və ictimai xadim, Əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadəni 85 illik yubileyi münasibətilə təbrik ediblər: “Ömür yolları akademik Akif Əlizadəni imtahan və sınaqlara çəkə-çəkə mənalı ömrünün 85-ci baharına - 85 illik yubileyinə gətirib yetirdi. Bu gün o, elmin, mənəviyyat və insanlığın uca zirvəsindədir.

Uşaqlıq illərindən təbiət vurğunu olan Akif Ağamehdi oğlu Əlizadə 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) fərqlənmə diplomu ilə bitirərək bir müddət neft mədənlərində çalışıb. Elmə olan maraq və tədqiqatlar aparmaq arzusunu həyata keçirtmək üçün o,1957-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunda işləməyə başlayıb və bu andan etibarən onun bütün gələcək taleyi bu institutla bağlanıb. O, 1961-ci ildə geologiya-mineralogiya elmləri namizədi, 1969-cu ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsi adını almaqla bu sahə üzrə keçmiş SSRİ-də ən gənc yüksəkixtisaslı mütəxəssislər sırasına daxil olub.

70-ci illərin ortalarında nəsillərin estafeti baş verib. Müasir zamanla ayaqlaşan çevik düşüncəli, yeni elmi nəzəriyyə və konsepsiyaların inkişafına rəvac verən gənc alim kimi o, 1976-cı ildən Azərbaycan geologiyasının "beşiyi" olan AMEA Geologiya İnstitutunun rəhbəri təyin olunub.

AMEA-nın vitse-prezidenti olduğu müddətdə Azərbaycanda elmin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və respublikanın elmi-texniki inkişaf strategiyasının hazırlanmasında yaxından iştirak edən və yüksəkixtisaslı elmi kadrların hazırlanmasında, elm və təhsil əlaqələrinin möhkəmləndirilməsində böyük təcrübəsi olan Akif Əlizadə 2013-cü ildə AMEA-nın prezidenti vəzifəsinə seçilib. Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin kollektivi olaraq akademik Akif Əlizadəni bir daha təbrik edir, ona uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq”.

Mətbuat və informasiya şöbəsi, 23 fevral 2019-cu il.

Xəbərlər

Küsülüləri barışdıran çərşənbə

Küsülüləri barışdıran çərşənbə
19/03/2024

Qlobal iqlim dəyişmələrinə qarşı fəaliyyətin Azərbaycan modeli və onun bioloji əhəmiyyəti

Qlobal iqlim dəyişmələrinə qarşı fəaliyyətin Azərbaycan modeli və onun bioloji əhəmiyyəti
19/03/2024

BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub

BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub
19/03/2024