Geologiya fakültəsinin tələbələri Daşkəsən və Gədəbəydə istehsalat təcrübəsində

17/05/2022

Bakı Dövlət  Universiteti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti arasında müqaviləyə əsasən, BDU-nun Geologiya fakültəsinin IV  kurs tələbələri şirkətin Daşkəsən filiz rayonundakı “Çovdar” mədənində istehsalat təcrübəsi keçiblər.

Təcrübə müddətində tələbələr mədəndə müxtəlif süxur və minerallar, onların metasomatik dəyişilmə zonaları ilə tanış olub, filiz kütlələrini, tektonik elementləri izləyib, qızıl filizlərini yerləşdirən yan süxurların petroqrafik tərkiblərini öyrənib, müasir geoloji kompaslar və GPS-lə işləmə vərdişlərinə yiyələniblər.

BDU və “Azerbaijan İnternational Mining Company Limited” şirkəti arasında müqaviləyə uyğun olaraq, Geologiya fakültəsinin bir qrup tələbəsi isə şirkətin Gədəbəy filiz rayonundakı “Gədəbəy”, “Zəfər”, “Qədir”, “Ümid”, “Uğur” mədənlərində istehsalat təcrübəsində olub.

Təcrübə müddətində tələbələr filizlərin aşındırılması meydançasında, doğranılması və üyüdülməsi sexlərində iş prosesləri ilə tanış olublar.

Hər iki istehsalat təcrübəsi zamanı tələbələr axtarış və kəşfiyyatın müasir üsullarını öyrənib, sərbəst şəkildə nümunələrin götürülməsini və makroskopik təsvirini həyata keçiriblər. Gündəlik müşahidələrin sonunda kameral işlərin görülməsi həyata keçirilib, əldə olunan nəticələr qeydiyyat jurnallarına və geoloji xəritələrə köçürülüb. Tələbələr həmçinin buruq qazma, süxurların partladılması, filizlərin yüklənməsi və emal müəssisələrinə daşınması prosesləri ilə də tanış olub, gündəlik texniki-təhlükəsizlik qaydaları və ekoloji tədbirlər barədə məlumatlandırılıblar.

Təcrübələrin yekununda tələbələr özləri ilə süxur, filiz, mineral nümunələri götürüb, hesabatlar hazırlayıblar. Tələbələrin davranışı, verilən tapşırıqların yerinə yetirilməsi ilə bağlı hər iki şirkət rəhbərliyi tərəfindən müsbət rəylər verilib və təcrübələrin nəticələri əla qiymətləndirilib.


Xəbərlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər
14/01/2026

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək
13/01/2026

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb
12/01/2026