«Geologiyanın aktual problemləri» mövzusunda respublika elmi-praktik konfrans keçirilib

23/05/2018

Geologiya fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Geologiyanın aktual problemləri" mövzusunda respublika elmi-praktik konfransı keçirilib. BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə konfransı giriş sözü ilə açaraq Ulu öndər Heydər Əliyevin Azərbaycanda  elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşmasından, həmin siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edib.

Sonra geologiya fakültəsinin dekanı, dosent Məhluqə Məmmədova elmi konfransların keçirilməsinin əhəmiyyətindən, həmçinin adıçəkilən  konfransın mühüm mövzuya həsr edilməsindən danışıb.

Doktorant, dissertant və magistrantların iştirak etdiyi konfransın plenar iclasında dosentlər Esmiralda Məmmədova, Əli Novruzov, müəllim  Erkin Rüstəmovun məruzələri dinlənilib və mövzular ətrafında diskussiyalar aparılıb.

Konfransda Tədris Departamentinin “Keyfiyyətin təminatı, monitorinq və qiymətləndirmə” şöbəsinin müdiri, dosent Vaqif Qasımov çıxış edərək dinlənilən elmi məruzələrin önəmini diqqətə çatdırıb.

3 bölmə iclasında davam edənn konfransda 196 məruzə  dinlənilib.

Mətbuat və informasiya şöbəsi, 23 may 2018-ci il

Xəbərlər

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda
22/05/2026

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub
22/05/2026

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”
22/05/2026