Gənc Alimlər Şurası tərəfindən elan edilmiş müsabiqə qaliblərinə mükafatlar təqdim edilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Bakı Dövlət Universitetinin Gənc Alimlər Şurası tərəfindən elm, təhsil və ictimai fəaliyyət sahələrində fərqlənən 35 yaşadək gənc alimlər (doktorant, fəlsəfə doktoru və elmlər doktoru) arasında elan edilən müsabiqəyə yekun vurulub. BDU-nun ayrı-ayrı fakültələrində və elmi-tədqiqat strukturlarında çalışan gənc alimlər tərəfindən daxil olan işlər münsiflər heyəti tərəfindən təhlil edilmiş və aşağıdakı namizədlərin müvafiq sahələr üzrə qalib elan edilməsi qərara alınıb.
- Fizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası” kafedrasının nəzdindəki “Nanoaraşdırmalar” Elmi Tədqiqat Mərkəzinin böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Ağamalıyev Zohrab Ədalət oğlu (elm sahəsində əldə etdiyi uğurlara görə).
- Bilogiya fakültəsinin “Biokimya və Biotexnologiya” kafedrasının müəllimi Qocayev Anar Sahib oğlu (elm sahəsində əldə etdiyi uğurlara görə).
- Hüquq fakültəsi, “Konstitusiya hüququ” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Əliyev Sübhan Fərmayıl oğlu oğlu (təhsil sahəsində əldə etdiyi uğurlara görə).
- Jurnalistika fakültəsi, “Beynəlxalq jurnalistika” kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Əliyev Vüqar Zifər oğlu (ictimai fəaliyyətinə görə).
Münsiflər heyətinin qərarına əsasən, BDU rektorunun əmri ilə qaliblərin hər biri Fəxri Fərman və 150 AZN pul mükafatı ilə təltif ediliblər. Qaliblərə mükafatlar 5 may 2014-cü il tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə təqdim edilib.
Mətbuat və İnformasiya şöbəsi, 05 may, 2014-ci il.