Gənc Alimlər Şurasının İdarə Heyətinin yığıncağı keçirilib

05/12/2013

03 dekabr tarixində Bakı Dövlət Universitetinin Gənc Alimlər Şurasının İdarə Heyətinin yığıncağı keçirilib. İclası giriş sözüylə açan Bakı Dövlət Universitetinin Gənc Alimlər Şurasının sədri k.ü.f.d F.V.Hacıyeva Şuranın qarşısında duran məsələləri Şura üzvlərinin bir daha nəzərinə çatdıraraq bildirib ki, Şuranın internet səhifəsinin işlənməsi, strukturunun formalaşması üçün iş bölgüsünün aparılması, BDU-nun gənc alimlərinin elmi potensialının informasiya bazasının yaradılması, respublika və beynəlxalq qrant layihələrində iştirakını təmin edilməsi məqsədilə informasiya mərkəzinin yaradılması artıq zəruridir. Fakültələr üzrə nümayəndələrə ayr-ayrı fakültələrdə çalışan gənc alimlər haqqında informasiya bazasının toplanması və onların elmi fəaliyyətlərinin geniş şəkildə işıqlandırılması qərara alınıb. Həmçinin gənc alimlərin elmi potensialının daha da geniş inkişaf etdirmək məqsədilə gənc alimlərin ölkədaxili və beynəlxalq qrant layihələrində iştirakının gücləndirilməsi və bu proqramlarda gənc alimlərin aktiv surətde qoşulmasını təmin etmək haqda müzakirələr aparılıb.

Mətbuat və informasiya şöbəsi, 05 dekabr 2013-cü il.

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
06/11/2026