“Gənc istedadlar” liseyi yenə fərqləndi - VİDEO

19/02/2020

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin universitetin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşü keçirilib. “Sabahın alimləri” IX Respublika müsabiqəsinin qaliblərini salamlayan rektor BDU-nun maddi-texniki bazası, laboratoriyaları, yeni istifadəyə veriləcək “Tələbə evi”, tədris-təcrübə mərkəzləri haqqında şagirlərə geniş məlumat verib: “Mən ümid edirəm ki, bizim gələcək tələbələrimizlə görüşürəm. İmtahanlarda yüksək nəticələr göstərən tələbələrin BDU-nu seçmələri bizim üçün böyük fəxrdir. Ümid edirəm ki, sizin də aranızdan BDU-nu hədəfləyənlər çoxdur”. Elçin Babayev şagirdlərin problemləri ilə də maraqlanıb, təkliflərini dinləyib və onlara uğurlar arzulayıb.

“Gənc istedadlar” liseyinin direktoru Arif Bağırov ikitərəfli əməkdaşlığın genişlənməsindən, bununla da liseyin şagirdləri və gələcək məzunları üçün daha geniş imkan yaradılmasından məmnunluğunu ifadə edib.

Qeyd edək ki, “Sabahın alimləri” müsabiqəsinin əsas məqsədi şagirdlərin bilik və bacarıqlarını müəyyənləşdirməklə yanaşı ətraf mühitin problemlərinin həlli istiqamətində onları maarifləndirməkdir. Bu il müsabiqədə iştirak etmək üçün 15 şəhər və rayon məktəblərində təhsil alan 454 şagird 258 layihə ilə müraciət edib. Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin  IX, X, XI sinif şagirdləri 8 layihə üzrə ilk 3 yerin sahibi olublar.

VİDEO


Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026