“Gənc istedadlar” liseyinə qəbul imtahanı keçirilib

11/06/2018

Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinə V sinif üzrə növbəti qəbul imtahanı keçirilib. Liseydə təhsil almaq üçün 606 şagird Azərbaycan, 239 şagird isə rus bölməsində test üsulu ilə imtahan verib.

BDU rektorunun Ümumi məsələlər üzrə müşaviri, professor İsmayıl Əliyev, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva, Tədris Departamentinin müdiri, professor Məlahət Qurbanova imtahan prosesi ilə tanış olub, valideynlərlə görüşüb, onları maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, “Gənc istedadlar” liseyi 2007-ci ildən fəaliyyət göstərir. İndiyədək bu təhsil ocağını bitirən 334 məzunun hamısı respublikanın və xarici ölkələrin ali məktəblərinə qəbul olublar. Onlardan 84 nəfəri universitetlərə qəbul imtahanlarında 600-dən çox bal toplayıblar. Məzunlardan 25 nəfəri qızıl, beş nəfəri gümüş, beş nəfəri isə Prezident təqaüdünə layiq görülüblər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistik məlumatına əsasən, qəbul imtahanlarında liseyin məzunları həmişə yüksək göstəricilərə nail olurlar.

Hazırda liseydə 600-ə qədər şagird təhsil alır.

Mətbuat və informasiya şöbəsi, 11 iyun 2018-ci il

Xəbərlər

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb
10/10/2024

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
05/10/2024

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir
04/10/2024