“Gənc istedadlar” liseyində “Azərbaycan tolerant dəyərlərə sadiq ölkədir” mövzusunda elmi-nəzəri konfrans

30/11/2016

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində “Azərbaycan tolerant dəyərlərə sadiq ölkədir” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Tədbiri giriş sözü ilə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə açaraq “16 noyabr – Beynəlxalq Tolerantlıq Günü” münasibətilə keçirilən tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu günün dini inanclarda təcəssüm olunan müxtəliflik, təhlükə deyil, əksinə, dəyərli bəxşişdir, buna görə də, tolerantlıq üzərində mövcud olacaq dözümlü cəmiyyətlərin qurulmasına çalışmaq lazımdır. Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Analitika” şöbəsinin müdiri Rəşad İlyasov “Azərbaycan multikulturalizminin qaynaqları”, BDU-nun “Azərbaycan tarixi” kafedrasının dosenti Nuru Məmmədov “Azərbaycanda dini azadlığın inkişafı”, BDU-nun Fəlsəfə kafedrasının müəllimi Nəzakət Kərimova “Tolerantlığın inkişaf mərhələləri”, “Gənc istedadlar” liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi Afət Abışova “Multikulturalizm-mədəniyyətlərarası dialoqun əsası kimi və onun strateji hədəfləri” mövzusunda məruzələrlə çıxış ediblər .

Mətbuat və informasiya şöbəsi, 30 noyabr 2016-cı il.


Xəbərlər

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır
28/08/2026

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”
28/08/2026

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub
28/08/2026