“Gənc istedadlar” liseyində Bilik günü keçirilib

16/09/2013

Bu gün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində Bilik günü keçirilib. Dövlət himni səsləndikdən sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbir iştirakçılarını bu münasibətlə təbrik edib, liseyin qazandığı uğurlardan söz açıb. İndiyədək liseyi bitirmiş məzunların hamısının ən qabaqcıl ali məktəblərə daxil olduqlarını, bununla da Universitetimizin adına böyük şərəf gətirdiklərini söyləyib. Rektor liseyi bu il bitirən 39 nəfər məzunun hamısının nüfuzlu ali məktəblərə qəbul olduğunu deyib və onlardan 12 nəfərinin 600-dən, 24 nəfərinin isə 500-dən çox bal topladıqlarını, məzunların 7 nəfərinin qızıl medala layiq görüldüklərini diqqətə çatdırıb. A.Məhərrəmov xüsusi olaraq vurğulayıb «Gənc istedadlar» liseyi 2012/2013-cü tədris ilində Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərindən biri olub. Rektor bu il liseyin 5-ci sinfinə qəbul olmuş  şagirdlərin də yaxşı oxuyacağını, universitetimizə şərəf gətirəcəyinə ümid etdiyini bildirib. Liseyin direktoru, professor Qasım Hüseynov da şagirdləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib, onlara uğurlar diləyib. Valideyn və məzunlarının çıxışından sonra tədbir işini yekunlaşdırıb.

Mətbuat və informasiya şöbəsi, 16 sentyabr 2013-ci il.

Xəbərlər

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında   

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında
05/12/2025

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
05/12/2025

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”
05/12/2025