“Gənc istedadlar” liseyində “Dilimiz varlığımızdır” mövzusunda dəyirmi masa

03/05/2017

Bu gün Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Dilimiz varlığımızdır” mövzusunda dəyirmi masa keçirilib. “Gənc istedadlar” liseyi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbiri liseyin direktoru, professor Qasım Hüseynov açıb.

Tədbirdə BDU-nun “Azərbaycan dilçiliyi” kafedrasının müdiri, professor Sənubər Abdullayeva, “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası” kafedrasının müdiri, professor Hüseyn Əsgərov, BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyev, "Gənc istedadlar" liseyinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sevinc Əlləzova və şair Oqtay Zəngilanlı ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirdiyini bildirib, bu istiqamətdə görülmüş işlərdən danışıblar.

Mətbuat və informasiya şöbəsi, 03 may 2017-ci il

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026