“Gənc istedadlar” liseyində elmi-nəzəri konfrans keçirilib

23/02/2017

“Gənc istedadlar” liseyi və Bakı Dövlət Universitetinin Tarix fakültəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib. Müəllim və şagird heyətinin iştirak etdiyi konfransı açan direktor, professor Qasım Hüseynov liseydə reallaşan bu səpkili tədbirlərin şagirdlərin Azərbaycan tarixini, xalqımızın yaşadığı faciələri dərindən mənimsəmələri baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, professor Sevda Süleymanova “Xocalı soyqırımının tanınması Azərbaycan dövlətinin xarici siyasətinin istiqamətlərindən biridir”, Azərbaycan tarixi kafedrasının dosenti Nuru Məmmədov  “Xocalı soyqırımı bəşəri cinayətdir” mövzusunda məruzələrlə çıxış ediblər.

Xocalı hadisələrinin şahidi Nazim Hüseynov bu soyqrımının bəşər tarixində misli görünməmiş tarixi cinayət olduğunu bildirib.

Tədbir “Gənc istedadlar” liseyi şagirdlərinin çıxışları ilə yekunlaşıb.

Mətbuat və informasiya şöbəsi, 23 fevral 2017-ci il

Xəbərlər

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq
15/07/2026

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır
14/07/2026

BDU-da “Siyasi coğrafiya” ixtisaslaşması açılır

BDU-da “Siyasi coğrafiya” ixtisaslaşması açılır
14/07/2026