“Gənc istedadlar” liseyində Novruz şənliyi

17/03/2017

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində Novruz bayramı münasibətilə tədbir keçirilib. Liseyin 5-ci sinif şagirdlərinin hazırladığı tədbirdə təşkilati işlər üzrədirektor müavini Məleykə Bayramova çıxış edərək, Novruz bayramının əsrlərin dərinliyindən günümüzə çıxmış ən şən və gözəl bayramlardan biri olduğunu qeyd edib, bu münasibətlə liseyin müəllim-şagird kollektivini təbrik edib.

Sonra 5c sinif şagirdlərinin təqdimatında maraqlı səhnəciklər göstərilib, Novruz adət-ənənələri haqqında məlumat verilib, Bahar bayramı ilə bağlı şeirlər səsləndirilib, rəqslər nümayiş olunub.  İdmançı şagirdlərin təqdim etdikləri proqramdan sonra şənlik kosa və keçəlin çıxışı ilə yekunlaşıb.

Mətbuat və informasiya şöbəsi, 17 mart 2017-ci il

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026