«Gənc istedadlar» liseyində professor Anar İsgəndərovla görüş keçirilib

11/03/2019

Bakı Dövlət Universitetinin nəzdindəki «Gənc istedadlar» liseyində bu ali təhsil müəssisəsinin 100 illik yubileyinə və  «Elm günü»nə həsr edilmiş tədbirlərə start verilib.

Liseyin direktoru, professor Qasım Hüseynov “Elm həftəsi” çərçivəsində nəzərdə tutulan tədbirlər haqqında məlumat verib və ilk görüşün BDU-nun Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərovla keçirildiyini qeyd edib.

Liseyin şagird və müəllimlərinin iştirak etdiyi görüşdə BDU-nun dosenti Səidə Əliqızı professor Anar İsgəndərovun həyatı, elmi və pedaqoji fəaliyyəti haqqında ətraflı məlumat verib.

Tanınmış alim Eynulla Mədətli, professorlar -  Şikar Qasımov, İbrahim Zeynalov, Nuru Məmmədov, dosent Xumar Səfərova, universitetin Tarix fakültəsinin II kurs magistrı Ədiqə Mustafayeva professor Anar İsgəndərovun elmi-pedaqoji fəaliyyətindən söz açıb və belə görüşlərin gənc nəsil üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Tədbirin sonunda professor Anar İsgəndərov şagirdlərin suallarını cavablandırıb və görüşə görə lisey rəhbərliyinə minnətdarlığını bildirib.

 

Mətbuat və informasiya şöbəsi, 11 mart 2019-cu il.

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026