“Gənc istedadlar” liseyinin 5 şagirdi VII Məktəblilərarası fənn müsabiqəsinin qalibləri sırasında

22/06/2022

İyunun 22-də Təhsil İnstitutunun təşkilatçılığı ilə Respublika fənn müsabiqələri qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Müsabiqənin qalibləri sırasında BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 5 şagirdi də var. Liseyin VII sinif şagirdləri Elman Kərimli və Cabir Abbasov müsabiqənin qızıl, VII sinif şagirdi Ədalət Tağıyev gümüş, VII sinif şagirdi Məhəmməd Abdinov və VI sinif şagirdi Cahangir Zeynallı isə bürünc mükafatına layiq görülüb.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində VII Məktəblilərarası fənn müsabiqələri riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri olmaqla, 5 fənn üzrə VI və VII sinif şagirdləri arasında keçirilib. Müsabiqə iki mərhələdən ibarət olub. Müsabiqənin rayon (şəhər) mərhələsində ölkənin bütün regionlarından təxminən 22 min, final mərhələsində isə 4 min şagird iştirak edib. Onlardan 225-i qalib olub. Fənn müsabiqələri məktəblilərin beynəlxalq olimpiadalara hazırlığı baxımından böyük əhəmiyyət kəsb edir.

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026